top of page

Azərbaycan çempionatında 35-ci tura yekun vurulub


Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

90plus.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib. 



"Turan Tovuz" "Səbail"i qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatb. "Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" oyunlarında qapılara qol vurulmayıb. Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" isə öz meydanında "Sumqayıt"a uduzub - 1:2.

Bu nəticələrdən sonra avrokuboklara vəsiqə qazanan 4-cü və Premyer Liqanı tərk edəcək 1 komanda müəyyənləşməyib. Lakin "Sumqayıt"ın elitanı tərk etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə "Qəbələ" və "Zirə" arasında gedir. Premyer Liqanı isə "Şamaxı" ilə "Səbail" tərk edə bilər. 

 

Misli Premyer Liqası, 35-ci tur

22 may (bazar ertəsi)

16:30. “Turan Tovuz” – “Səbail” - 2:2 

Qollar: Şəhriyar Əliyev, 2 (1:0), Ayxan Quseynov, 49 (2:0), Franko Mazurek, 73 (2:1), QOba Zakpa, 90+3 (2:2)

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

16:30. “Şamaxı” – “Qəbələ” - 0:0 

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu

Şamaxı şəhər stadionu

16:30. “Sabah” – “Zirə” - 0:0 

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

“Bank Respublika Arena”

16:30. “Qarabağ” – “Sumqayıt” - 1:2 

Qollar: Vüsal İsgəndərli, 33-pen. (0:1), Səbuhi Abdullazadə, 39 (0:2), Riçard Almeyda, 88 (1:2)

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev

“Azersun Arena”

21 may (bazar)

“Kəpəz” – “Neftçi” - 1:3

0 comments

Comments


bottom of page