top of page

Azərbaycan çempionatında bürünc medallar sahiblərini tapdı


Bu gün basketbol üzrə Azərbaycan liqasında üçüncü yer uğrunda görüş keçirilib.

90plus.az xəbər verir ki, bürünc medal uğrunda oyunda NTD və “AAAF Xırdalan” klubları üz-üzə gəlib.

Sərhədçi İdman mərkəzində keçirilmiş görüşdə NTD rəqibinə 100:79 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Sabah” və “Gəncə” arasında final seriyası mayın 20-də başlayacaq.

0 comments
bottom of page