
Misli Premyer Liqasında bombardirlər siyahısında vahid lider olub.
90plus.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Misli Premyer Liqasının 15-ci turunda bu gün keçirilən "Neftçi"yə qarşı matçda (4:0) komandasının 3-cü qolunu vurub. Beləliklə, bu mövsüm indiyə kimi ölkə çempionatında vurduğu qolların sayını 12-yə yüksəldən Ramil komanda yoldaşı Musa Qurbanlını (11 qol) qabaqlayaraq bombardirlər siyahısında vahid lider olub.
Qeyd edək ki, bu tura qədər həm Ramilin, həm də Musanın aktivində 11 qol var idi.