Azərbaycan çempionatında yoluxma baş verərsə ?

"Hansısa komandada yoluxma olmasını istəməzdik".



90plus.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.




O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq.

Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq".

0 comments