Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçılar - SİYAHI

Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir.


90plus.az bildirir ki, karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qapıçının rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.


Ən çox oyun keçirən 20 qapıçı: 1. Fərhad Vəliyev - 282 2. Rauf Mehdiyev - 271 3. Cahangir Həsənzadə - 268 4. Anar Nəzirov - 250 5. Nizami Sadıqov - 247 6. Kamran Ağayev - 229 7. Hüseyn Məhəmmədov - 227 8. Nadir Şükürov - 219 9. Elxan Həsənov - 203 10. Elşən Poladov - 200

11. Faiq Əzizov - 196 12. Səlahət Ağayev - 192 13. Camaləddin Əliyev - 173 14. Vitali Kovalyov - 173 15. Davud Kərimi - 162 16. Rauf Salamov - 156 17. Saşa Stamenkoviç - 150 18. Vladimir Kopeykin - 149 19. Kamal Bayramov - 146 20. Rövşən Əliyev - 138

0 comments