top of page

Azərbaycan çempionu ölkəni tərk etdi


Şahmat üzrə son Azərbaycan çempionu Vasif Durarbəyli Amerikaya köçüb.


90plus.az xəbər verir ki, o,bu barədə sosial şəbəkədə məlumat verib:



"Həyatımın yeni fəslinin başlanğıcı ad günümə təsadüf etdi.



Yenidən Saint-Louisdəyəm. 2014-cü ildə təhsilimə görə bura gəlmişdim. 2019-cu ildə isə işlərimi qaydasına salmaq üçün dönmüşdüm. Bu dəfə məskunlaşmaq üçün geri dönəcəyimi düşünmürəm.



Amma məni sevənlərə sözüm odur ki, narahat olmasınlar. Bir ayağım orda olacaq".



Vasif Durarbəyli şahmat üzrə son Azərbaycan çempionudur.

0 comments
bottom of page