Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibini üstələdi!


İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.

90plus.az ın məlumatına görə, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.


Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb.

O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.

0 comments