“Azərbaycan adı və bayrağı altında vətənimizi təmsil edirik” - Rövşən Hüseynli

90plus.az xəbər verir ki, bu sözləri Futzal üzrə Milli komandamızın qapıçısı Rövşən Hüseynli deyib.


Onun “Facebook”da paylaşdığı statusu olduğu kimi təqdim edirik:


“Eziz hemvetenlilerim son vaxtlarda bu cur yanashma ve fikirleri chox gorurem. Niye gore futzalla futbolu muqayise edirsiz? Futzal tam ferqli idman novudu. Her saheninde oz chetinlikleri ve qarshisina qoyulan meqsedleri inkishaf formasi var.


Cudo netice vermeyende guleshi gunahlandirmaq olar? Ve ya qazanilan neticeye kolge salmaq olar?! Bizde her bir idmanchi kimi AZERBAYCAN ADI VE AZERBAYCAN BAYRAGI altinda vetenimizi temsil edirik.


Deyirler Braziliyalilar... Bu sohbet artiq baglanmalidi mence, her olkede ve her bir idman sahesinde millileshdirilmish legioner var. Futzal millisi meglub olur : “neyniyirik bu braziliyalilari yenede uduzurlar!” Futzal millisi avropa chempionatina ardicil 6ci defe vesiqe qazanir: “Braziliya millisidi,uduzardi amma ozumuzunkuler oynayardi!” Oynayir qardash oynayir ozumuzunkude oynayir!!!


Bu tek mubarize deyil onlar netice qazansin biz alqishlayaq qiraqdan, bu komanda oyunudu ve qazanilan neticeni hami birlikde qazanir. Atakada onlar ishini gorurse mudafiedede bizimkiler oz ishini gorur. Bununda sebebini bilmek uchun yaxindan maraqlanmaginiz FUTZAL IDMAN NOVUNDEN xeberdar olmaginiz lazimdi. Xeberdar olmadiginiz halda kiminse haqqina girib chekilen eziyyeti yere vurmaq olmaz!


Qazanilan neticeye , meydanchada son nefesine kimi canini qoymasina kolge salmaq olmaz! 2-3 gun komanda daxilinde olsaz meshqde alinan zedeler, saglamliga ziyan olacagini bile-bile vurulan iyne ile oyuna chixmaq. Seferler zamani kechirilen stressler, oyunlara hazirlashan zaman beyindeki fikirler eseb stress gerginlik yuxusuzluq. 5ci mertebeden ashagi baxmaga qorxan, mashini biraz berk suren kimi qorxan adam deyirki : “kefdesiz olkeleri gezirsiz.” Bu qeder eziyyeti yere vurmaq ne derecede duzdu?!


AZERBAYCAN ADI AZERBAYCAN BAYRAGI ALTINDA QAZANILAN NETICEYE KOLGE SALMAQ NE DERECEDE DUZDU?!

#BIZBIRLIKDEGUCLUYUK!!!“

0 comments