top of page

Azərbaycan basketbol millisinə yeni baş məşqçi təyin olunub!


Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinə yeni məşqçilər korpusu təyin olunub.


90plus.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, basketbol üzrə qadınlardan ibarət yığma noyabrda 2025-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Millimizi qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlamaq üçün federasiya tərəfindən komandaya yeni məşqçilər korpusu təyin olunub. Baş məşqçi postuna U-16 qız millimiz ilə Avropa çempionatının C Divizionunda çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib.


Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran E.Alkayanın millimizdə iki köməkçisi olacaq. Birinci köməkçi məşqçi uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə U-16 qız millimizdə Evren Alkayanın assistenti olmuş Aygün Eynullayevadır.

0 comments

Comments


bottom of page