"Azərbaycan bizə çətinlik yaratdı" - Şenol Güneş



"Hazırlıq matçı idi. Yeni oyunçuları görmək istəyirdik. Bəzilərini riskə atmaq istəmirik, bəzilərini isə daha çox yükləyirik".

"90plus"un məlumatına görə, bu fikirəri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Azərbaycanı millisini 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssisin sözlərinə görə, oyunçularının hamısı əlindən gələni edib: "Səhvlərimiz və çatışmazlıqlarımız var. Amma qələbə qazanmaq hər zaman gözəldir".

Təcrübəli baş məşqçi Azərbaycan seçməsinin son 3 oyunda asanlıqla təslim olmadığını xatırladıb: "Azərbaycan yığması öz gücündən yaxşı istifadə etməyi bacarır. Bizə çətinlik yaşatdılar. Sürətli əks hücumlara çıxırdılar. Buna baxmayaraq, qələbə qazanmaq sevindiricidir".

Güneş zədələnən futbolçular haqqında bunları söyləyib: "Halilin ayaq biləyində problem var. Ciddi olmayacağını düşünürük. Altayın vəziyyəti isə daha yaxşıdır. Sabah durumlarına tam aydınlıq gələcək".

O, oyun sistemində müəyyən dəyişikliklər etdiklərini deyib: "Əslində əsas məqsəd bu idi. Rəqib yaxşı qapanıb, hücuma keçirdi. Hesabda da önə keçdilər. Amma sonradan qollar vurub üstünlüyü ələ aldıq. Qardaş komanda ilə dostluq matçı oldu".

Baş məşqçi AVRO-2020 ilə bağlı bunları diqqətə çatdırıb: "Əvvəlcə İtaliya ilə, ardınca isə Bakıdakı oyunlara hazırlaşacağıq. Bu gün qələbə qazanmaq istəyirdik. Qələbə qazanmaq yaxşıdır. Amma təndiq edəcəyimiz məqamlar da var. Bu gün fərdi səhvlərimiz, top itkiləri əsas problemlərimizdir. Sonra bizə çətinlik yaşada bilər. Rəqibin bu qədər hücum edəcəyini gözləmirdik. Biz isə əksinə, ön xətdə yaxşı çıxış etmədik.

0 comments