"Azərbaycan bizi 2-ci ölkəmiz kimi qəbul edə bilər" Rayan Giqs

"Bu yaxınlarda Bakıya səfər etmişdik. Yaxşı səfər oldu. Orda qələbə qazandıq və yaxşı təcrübə topladıq”.

90plus.az xəbər verir ki, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz yerli mətbuata açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində A qrupuna düşmələrini dəyərləndirən 46 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəklərindən məmnun olduğunu bildirib: "Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər". Xatırladaq ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

0 comments