Azərbaycan cüdoçusu gümüş medal qazandı!




Azərbaycan cüdoçusu Balabəy Ağayev Portuqaliya Qran-prisində final görüşünə çıxıb.


90plus.az xəbər verir ki, 60 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib Harim Li olub. Mübarizədən məğlub ayrılan Ağayev gümüş medal qazanıb.

Xatırladaq ki, bu gün eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Yanvarın 30-da Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) yarışacaq.

0 comments