top of page

Azərbaycan cüdo tarixində ilk yaşanıb!


Azərbaycan cüdo tarixində ilk dəfə hakimimiz Avropa çempionatına təyin olunub.


90plus.az xəbər verir ki, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.


A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.


Qeyd: Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək.

0 comments
bottom of page