100-cü duel

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

90plus.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilləcək. Əvvəlcə "Sumqayıt" "Zirə"nu qəbul edəcək. Bu, iki klubun çempionatda 19-cu qarşılaşması olacaq. Əvvəlki 18 görüşdən 4-də "Sumqayıt", 10-da "Zirə" qələbə qazanıb. Daha 4 matçda heç-heçə qeydə alınıb. Turun son və mərkəzi oyununda - Azərbaycan derbisində isə "Qarabağ" doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. Hazırda Qurban Qurbanovun baş məşqçi olduğu komanda 34 xalla liderdir. 26 xala malik "Neftçi" ən azı heç-heçə etsə, ikinci pilləyə yüksələcək. "Qarabağ" qalib gələcəyi halda ən yaxın rəqibləri ilə xal fərqini 11-ə yüksəldəcək və növbəti çempionluq yolunda daha bir önəmli addım atacaq. 8 fevral 17:30. “Sumqayıt” – “Zirə” Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov “Kapital Bank Arena” 20:00. “Qarabağ” – “Neftçi” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov Tofiq Bəhramov adına Respublika stadionu 7 fevral “Keşlə” –“ Səbail” - 0:1 “Sabah” – “Qəbələ” - 3:2

0 comments