top of page

Azərbaycan derbisində rekord qeydə alınıb!


Misli Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 9-cu turun “Neftçi” - “Qarabağ” matçına təsadüf edib.


“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord 9-cu turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 azarkeş olub.


Xatırladaq ki, “Neftçi” - “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib.

0 comments
bottom of page