top of page

"Azərbaycan fiziki cəhətdən güclü komandadır" - Macarıstanın baş məşqçisi


21 yaşadək futbolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Zoltan Gera Türkiyədə Azərbaycan və Danimarka seçmələrinə qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə yerli mətbuata açıqlama veribb.

90plus.az xəbər verir ki, o, Antalyada onları fərqli üslubda oynayan iki rəqib gözlədiyini bildirib: "Azərbaycan fiziki cəhətdən güclü kollektivdir. Son vaxtlar yaxşı təsir bağışlayırlar. Danimarka isə Avropanın top komandasıdır. Futbolçularının çoxu artıq Çempionlar Liqasında çıxış edib. Buna görə də, ikinci matç bizim üçün əsl sınaq olacaq".



Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü noyabrın 17-də keçiriləcək.

0 comments
bottom of page