Azərbaycan futbolçuları diz çökməkdən imtina etdilər!


2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan İrlandiya yığmasının futbolçuları matçdan öncə anlamlı jest ediblər.

"90plus"un məlumatına görə, oyunçular irqçilik əleyhinə çıxaraq meydanın mərkəzində diz çöküblər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.

0 comments