Azərbaycan Futzalı... Dünəndən bu günə!



Azərbaycanın futzal üzrə millisi ilk böyük yarışına 2010-cu ildə Macarıstanda qatılır... Futzal üzrə Avropa çempionatında millimiz ən yaxşı 4 komanda arasına düşməyi bacarır. İlk dəfə qatıldığı turnirdə bu nəticəni qazanan millimiz Bakıda qəhrəmanlar kimi qarşılanır. Hələ ki ən yaxşı nəticəmiz də Macarıstanda qeydə alınandır. Burada meydan sahiblərini 3-1, Çexiya Respublikasını 6-1 məğlub edən millimiz, 1/4 finalda Ukraynanı penaltilərdə məğlub etmişdi.

Portuqaliyaya penaltilərdə məğlub olan komandamız finalın 1 addımlığından dönmüşdü.


Azərbaycan futzal millisi 2012 -ci ildə Xorvatiya, 2014-cü ildə isə Belçikadakı Avropa çempionatına qatılsa da, qrupdan çıxa bilməmişdi. 2016-cı ildə Serbiyada yenidən şahlanan milli bu dəfə 1/4-də mübarizəni dayandırmışdı.


Millimizin Dünya çempionatındakı uğuru isə 2016-cı ilə təsadüf edir. Kolumbiyadakı mundialda Azərbaycan futzal komandası yalnız 1/4 finalda büdrəmişdi.


Nəticələr göstərir ki, Azərbaycanın futzal komandasının böyük yarışlarda nəticə qazanma ənənəsi var.


Sizcə, bu dəfə Avropa çempionatında bu uğurları təkrarlaya, və ya daha da yaxşılaşdıra bilərikmi?


Qeyd edək ki, D qrupunda yer alan millimiz yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

0 comments