Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb

Azərbaycan gimnastı Bilal Qurbanov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

90plus.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 13-16 yaş qrupunda mübarizə aparan idmançı 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə 1-ci yeri tutub.


Bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb.


Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yerin sahibi kimi həlledici raunda vəsiqə əldə edib.

0 comments