
Azərbaycanın FİFA referisi Rauf Cabarov beynəlxalq oyun idarə edib.
90plus.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan U-21 - Lixtenşteyn U-21 matçının baş hakimi olub. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. F.Cabbarov Yunanıstanın 2, Lixtenştenin 4 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, oyunda köməkçi hakimlər Namik Hüseynov və Cavanşir Yusifov, dördüncü hakim isə Kamal Umudlu olub.