Azərbaycan hakimləri VAR-la bağlı seminarda iştirak ediblər!




Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə referi, həmçinin "CBC Sport" telekanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər.

"90plus" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, simulyator vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.

Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Frits Ştuxlikdir.

0 comments