Azərbaycan idmançıları Çexiyada 3 “qızıl” qazandı

Karate idman növü üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirin ikiqat qalibi olub.

90plus.az xəbər verir ki, o, -68 kq çəki dərəcəsindən əlavə, mütləq çəkidə çıxışında da rəqiblərini məğlub edib.

“Qara Qaplan” klubunun üzvü Veronika Qaşnikova isə -47 kq çəki dərəcəsində qızıl medal qazanıb.


Azərbaycan təmsilçiləri beynəlxalq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.

0 comments