Azərbaycan idmançıları yarışa başladı!

Azərbaycan sablyaçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda kişi və qadınların şəxsi yarışında əsas mərhələyə başlayıblar.


Federasiyanın mətbuat xidmətindən "90plus"a verilən məlumata görə, Anna Başta 1/32 finalda yerli idmançı Kira Keszeylə üz-üzə gəlib. Rəqibinə 15:4 hesabı ilə qalib gələn azərbaycanlı qılıncoynadan 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə uduzub.


Digər sablyaçı Valeriya Bolşakov 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitinaya 6:15 hesabı ilə məğlub olub.



Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunub. Digər iki idmançı əsas mərhələyə vəsiqə qazana bilməyib. Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq.

0 comments