Azərbaycan idmançısından qızıl medal!


Azərbaycan paraatleti Orxan Qasımov Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.


90plus.az xəbər verir ki, F13 kateqoriyasında iştirak edən idmançı nizə atma növündə 59.50 metr nəticə göstərib.

Qeyd edək ki, yarış lisenziya xarakterlidir. Beləliklə, Orxan Qasımov reytinqdə ilk "altılığ"a daxil olub və Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.


0 comments