Azərbaycan karateçiləri Premyer Liqada 2 medal qazandı

Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

90plus.az xəb, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı gümüş medala sahib olub. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibinə verilib.


Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.

0 comments