
Azərbaycan karateçisi Əminağa Quliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.
"90plus"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Georgi Burtsevə qalib gəlib.