
Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
90plus.az Azərbaycan Kikboksinq Federasiyasına istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.