top of page

Azərbaycan klublarının 2022-ci il üçün transfer hesabatı açıqlandı

FİFA 2022-ci il üçün transfer hesabatlarını açıqlayıb.


90plus.az qurumun saytına istinadən xəbər verir ki, hesabatda Azərbaycan klublarının transfer fəaliyyəti də qeydə alınıb. 12 klubumuz ötən il ərzində ümumilikdə 103 transfer reallaşdırıb. Həmçinin 56 futbolçu Azərbaycandan ayrılaraq ölkə xaricinə gedib.


Klublarımız futbolçu keçidlərinə cəmi 1,5 milyon dollar xərcləyiblər.



0 comments
bottom of page