Azərbaycan Kuboku: 1/4 finalçılar bəllidir!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda1/8 final mərhələsinin növbəti 3 oyunu keçirilib.

90plus.az xəbər verir ki, son oyun gününə üç matç keçirilib. Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri üz-üzə gəlib.

"Qaradağ Lökbatan"ı qəbul edən "Zirə" 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Zaur Həşimovun komanda 1/4 finalda "Səbail"lə qarşılaşacaq.

Günün digər oyununda "Sabah" "Ağsu"ya 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələdə "Qəbələ"yə rəqib olub. "Sumqayıt" isə "Zaqatala"nı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Meydan sahibləri 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Keşlə" 1/4 finala yüksəlib və bu mərhələdə "Qarabağ"a rəqib olub.

4 dekabr (çərşənbə)

17:00. “Sumqayıt” – “Zaqatala” - 2:0

Qollar: Rəhim Sadıxov, 19-pen, Əmir Ağayev, 70

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov

“Kapital Bank Arena”

14:00. “Zirə” – “Qaradağ Lökbatan” - 4:0

Qol: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov

Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu” - 5:0

Qol: Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3

Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev

“Bank Respublika Arena” (ehtiyat meydança)

0 comments