top of page

Azərbaycan kuboku: 1/4 final cütləri bəllidir!


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.


90plus.az ın məlumatına görə, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb.


"Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.


Azərbaycan kuboku 1/4 final

(1/2-12/13 fevral)

"Qarabağ" - "Keşlə" "Neftçi" - "Sabah" "Zirə" - "Səbail" "Sumqayıt" - "Qəbələ"


Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 12-13 fevralda gerçəkləşəcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

0 comments
bottom of page