Azərbaycan Kuboku 1/8 son oyunları.....

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. 90plus.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq. Premyer Liqa təmsilçilərindən “Zirə” “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Ağsu”nu sınağa çəkəcək. Son qarşılaşma isə “Sumqayıt”la “Zaqatala” arasında baş tutacaq. Xatırladaq ki, ilk oyun günündə “Keşlə” “Kəpəz”ə 3:1 hesabıyla qalib gələrək, 1/4 finala yüksəlib. Azərbaycan Kuboku 1/8 final 4 dekabr “Zirə” – “Qaradağ Lökbatan” Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov. Zirə İdman Kompleksinin stadionu, 14:00. “Sabah” – “Ağsu” Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev. “Bank Respublika Arena” (ehtiyat meydança), 15:00. “Sumqayıt” – “Zaqatala” Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov. Sumqayıt. “Kapital Bank Arena”, 17:00.

0 comments