top of page

Azərbaycan kuboku: Bütün 1/4 finalçılar bəllidir


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatıb.


90plus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.

"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.

1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib və 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.


Neftçi 4 - 0 Qaradağ Lökbatan


Olanare A. 23’ (p)

Qayaly M. 73’ (ö.q)

Bogomolskiy E. 78’

Shinyashiki A. 81’


Qollar:


Beləkiklə, 1/4 final cütləri bunlardır:


"Sumqayıt" - “Neftçi”

"Sabah" -  "Qarabağ" 

"Araz-Naxçıvan" - "Qəbələ"

"Səbail" - “Zirə” 


Qeyd: 1/4 finalın ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.

0 comments
bottom of page