Azərbaycan kuboku: Bu gün 2 oyun var



Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

90plus.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.

Komandaların indiyədək ölkə kubokunda yolları 2 dəfə kəsişib. Hər iki dueldə mərhələni "qartallar" adlayıb. "Dənizçilər" isə qələbə qazana bilməyib. 4 oyununda 3-ü "Zirə"nin xeyrinə başa çatıbsa, 1 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin üstünlüyü var - 5:2.

Günün son oyunu ötən mövsümün finalçısı "Sumqayıt"la "Qəbələ" arasında olacaq. "Kapital Bank Arena"dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Azərbaycan Kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 2018/2019 mövsümündə finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

2 fevral (çərşənbə)

17:00. "Zirə" – "Səbail" Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Erkin Hüseynov Zirə İdman Kompleksinin stadionu.

19:15. "Sumqayıt" – "Qəbələ" Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Aslan Şahgəldiyev "Kapital Bank Arena".

Qeyd edək ki, 1/4 finalın ilk oyun günündə "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəib, "Neftçi" isə "Sabah"la heç-heçə edib - 1:1.

0 comments