top of page

Azərbaycan Kuboku: İlk finalçı bilindi!


Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu.


90plus.az xəbər verir ki, bu gün Azərbaycan Kubokunun yarımfinalında (2-ci oyunda) “Qəbələ” ilə qarşılaşan “Zirə” üstünlüyünü qoruyaraq finala adlayıb:


Qəbələ 0 - 2 Zirə

Kulaç 58'

Utziq 84'

(Ümumi hesab: 1-4)


Qollar:

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov:

"Hamı titul qazanmaq istəyir. Hədəfimiz yaxşı nəticə əldə etməkdir. Çempionatda da gərgin mübarizə gedir. İndi kubokun finalı haqda düşünmürəm. Qarşıda vacib oyunlarımız var".


"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze:

"Belə durumda olmağımız, bu klubun indiki vəziyyəti ağırdır.  Harda olursan ol, müqavilə şərtlərinə əməl etməlisən. Bu, mənim prinsipimdir. İstər birinci, istər sonuncu yerdə ol. Mövsümün sonunu gözləyirik, görək, necə olacaq".


Qeyd: Azərbaycan kubokunun Final iyunun 2-də olacaq!

0 comments

Comments


bottom of page