
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
90plus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
"Qarabağ" səfərdə "Keşlə"nin qonağı olacaq. "ASK Arena"dakı qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.
11 fevral (cümə)
Azərbaycan kuboku, 1/4 final
Cavab oyunu
18:00. “Keşlə” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov “ASK Arena”. İlk oyun - 0:1.
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli “Bank Respublika Arena”
İlk oyun - 1:1
13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev Qəbələ şəhər stadionu
İlk oyun - 1:1
18:00. “Səbail” – “Zirə” Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov “ASCO Arena”
İlk oyun - 0:4