Azərbaycan Kuboku matçını FİFA hakimi idarə edəcək


Azərbaycan Kubokunun 1/4 final mərhələsində baş tutacaq cavab oyunlarına referi təyinatları açıqlanıb.


90plus.az AzPFL-ın saytına istinadən xəbər verir ki , "Qəbələ" - "Qarabağ" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

"Səbail" - "Sumqayıt" görüşü isə Orxan Məmmədova tapşırılıb.


6 fevral

15:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu, 15:00

18:00. “Səbail” – “Sumqayıt”

“ASCO Arena”.

0 comments