top of page

Azərbaycan kuboku: “Qəbələ” “Səbail”ə qarşı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk matçı keçiriləcək.


90plus.az xəbər verir ki, ilk oyunda “Qəbələ” “Səbail”i qəbul edəcək.


İndiyə qədər bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/18 mövsümünə təsadüf edən 1/4 final matçlarının hər ikisində qələbə qazanan region təmsilçisi adını növbəti mərhələyə yazdırıb – 1:0 və 4:2.


Tərəflər arasındakı cavab görüşü aprelin 27-də keçiriləcək.


Aprelin 19-da digər yarımfinal matçında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.


Azərbaycan kuboku, yarımfinal

İlk oyun

18 aprel

18:00 Qəbələ – Səbail

Qəbələ şəhər stadionu

0 comments
bottom of page