top of page

Azərbaycan kuboku: “Qarabağ” Xankəndidə qələbə qazanıb 1/4 finala adladı!


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb.


90plus.az xəbər verir ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.


"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb. “Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək!


Qarabağ 1 - 0 MOİK

Nərminan Axundzadə 90+3’

Xankəndi şəhər stadionu

Qol:


1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edəcək.  Qarşılaşmaya saat 18:00-da start veriləcək.


Qeyd: 1/4 final cütləri aşağıdakılardır:


"Araz-Naxçıvan" - "Qəbələ"

"Səbail" - “Zirə” 

"Sabah" - "Qarabağ"

"Sumqayıt" / “Neftçi” - "Qaradağ Lökbatan" cütünün qalibi

0 comments
bottom of page