Azərbaycan kubokunda 1/4 final başlayır

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

90plus.az xəbər verir ki, ilk matç günündə 2 görüş keçiriləcək. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edəcək. Digər qarşılaşmada "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları fevralın 6-da keçiriləcək.

1 fevral (bazar ertəsi) 16:00. “Sumqayıt” – “Səbail” Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov “Kapital Bank Arena” 18:00. “Qarabağ” – “Qəbələ” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov Tofiq Bəhramov adına Respublika Stadionu 2 fevral (çərşənbə axşamı)


16:00. “Keşlə” – “Kəpəz” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

ASK Arena

18:00. “Neftçi” – “Zirə”

0 comments