
Bu gün Azərbaycan kubokunda 2022/2023 mövsümünə start verilib.
90plus.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın 3 matçı keçirilib. "Səbail" MOİK-ə 4:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb. "Turan Tovuz" "Şamaxı"nı üstələyib - 1:0. Nəticədə Tovuz təmsilçisi 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda "Səbail" "Turan Tovuz"la qarşılaşacaq.
"Qəbələ" isə "Araz Naxçıvan"ı darmadağın edib. Əyalət təmsilçisi 1/4 finalda "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, sabah 1/8 finalın son 3 oyunu keçiriləcək. Bu mərhələnin matçları 1 qarşılaşmadan ibarət olacaq.
22 noyabr
15:00. “Qəbələ” – “Araz Naxçıvan” - 5:0
Qollar: Məqsəd İsayev, 29, Ramon Maçado, 56, İsnik Alimi, 60, Felipe Santos, 63, Ülvi İsgəndərov, 73Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq BəkirovQəbələ şəhər stadionu
14:00. MOİK – “Səbail” - 0:4
Qollar: Franko Mazurek, 18, Ədilxan Qarəhmədov, 30, Mirabdulla Abbasov, 75, Maksim Çex, 90
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin BayramovBinə qəsəbə stadionu
14:00. “Şamaxı” – “Turan Tovuz” - 0:1
Qol: Natan Oduva, 68Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən RəcəbovŞamaxı şəhər stadionu
23 noyabr (çərşənbə)
14:00. “Mingəçevir” – “Zirə”Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər ƏhmədovYaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Kəpəz” – “Sumqayıt”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran ƏliyevGəncə şəhər stadionu
17:00. “Sabah” – “Qaradağ Lökbatan”Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
“Bank Respublika Arena”