Azərbaycan Kubokunda bütün yarımfinalçılar bəllidir


Azərbaycan kubokunda yarımfinal cütlükləri müəyyənləşib. 90plus.az xəbər verir ki, daha əvvəl "Keşlə"ni keçərək (1:0, 6:0) yarımfinala yüksələn "Qarabağ" bu mərhələdə "Qəbələ" ilə qarşılaşacaq. "Sumqayıt"la ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" bugünkü matçda 1:1 heç-heçə ilə yarımfinala vəsiqə qazanıb. Bu gün "Zirə" də yarımfinala vəsiqə qazanıb. İlk oyunda "Səbail"ə 4 cavabsız qolla qalib gələn Rəşad Sadıqovun komandası bu gün 3:1 hesablı qələbə ilə mərhələni adlayıb. "Zirə" yarımfinalda "Neftçi"yə rəqib olub. "Ağ-qaralar" 1/4 finalda "Sabah"ı mübarizədən kənarlaşdırıb - 1:1, 3:1. 20 aprel Azərbaycan kuboku, yarımfinal İlk oyunlar "Qəbələ" - "Qarabağ" "Zirə" - "Neftçi" Yarımfinalın cavab oyunları aprelin 29-da keçiriləcək.

0 comments