Azərbaycan kubokunda finalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. 90plus.az xəbər verir ki, keçiriləcək iki cavab matçından sonra finalçılar müəyyənləşəcək. Əvvəlcə Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Komandalar arasında Sumqayıtda keçirilən görüşdə qol vurulmayıb. Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyükdür. 29 aprel (cümə axşamı)

17:00.“Qarabağ” – “Sumqayıt” İlk oyun - 0:0 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov Tofiq Bəhramov adına Respublika Stadionu 20:00.“Zirə” – “Keşlə” İlk oyun - 2:1 Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov Zirə İdman Kompleksinin stadionu

0 comments