Azərbaycan kubokunda iki yarımfinalçı müəyyənləşir

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

90plus.az xəbər verir ki, ilk görüş günündə iki matç keçiriləcək.

"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Günün digər qarşılaşmasına "Sumqayıt" "Səbail"in qonağı olacaq. Birinci matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib. Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə qarşılaşacaq.

6 fevral 15:00. “Qəbələ” – “Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov İlk oyun - 1:3 Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Sumqayıt” Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı İlk oyun - 1:0 “ASCO Arena”

7 fevral 14:30. "Kəpəz" - "Keşlə" Gəncə şəhər stadionu İlk oyun- 0:1

17:30. "Zirə" - "Neftçi" Zidə İdman Kompleksinin stadionu İlk oyun - 1:0

0 comments

Recent Posts

See All