Azərbaycan kubokunda ilk yarımfinalçılar bu gün bəlli olacaq - Yenilənir

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

90plus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Zirə" "Səbail"i qəbul edib. Oyun "Zirə"in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki,komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmayıb.

Günün digər matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək.

19 dekabr

15:00. “Zirə” 1 – 0 “Səbail”

Rodriguez 105'

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli Zirə İdman Kompleksinin stadionu İlk oyun - 0:0

18:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov “Bank Respublika Arena” İlk oyun - 0:3

20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov “Kapital Bank Arena”

20:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov “ASCO Arena”

0 comments

Recent Posts

See All