top of page

Azərbaycan Kubokunda “Kəpəz” və “Araz-Naxçıvan”ın rəqibi bəlli olub


Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 oyunu keçirilib.


90plus.az xəbər verir ki, “Cəbrayıl” “Ağdaş”ı (2:0), “Kür-Araz” “Sheki City”ni (2:1), “Baku Sportinq” isə “Kürmük Qax”ı (6:0) məğlub edib.


Beləliklə, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Cəbrayıl” səfərdə MOİK-lə, “Kür-Araz” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq, “Baku Sportinq” isə “Kəpəz”in qonağı olacaq.


II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.


Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək “Şəfa” – “Şəmkir” oyunu ilə yekun vurulacaq.

0 comments
bottom of page