top of page

Azərbaycan kubokunda növbəti 2 1/4 finalçı bəlli oldu


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

90plus.az xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.



2-ci oyun günü üçün nəzərdə tutulan 3 matçdan artıq 2-si başa çatıb. "Zirə" "Mingəçevir"ə qalib gəlib (2:0) və 1/4 finala adlayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu mərhələdə "Neftçi"yə rəqib olub.

 "Kəpəz" isə "Sumqayıt"dan üstün olub - 1:0. Gəncə komandası növbəti mərhələdə "Turan Tovuz" ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final 1 matçdan ibarətdir. Bu mərələnin digər 3 görüşü dünən keçirilib. "Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finala adlayıblar. "Qəbələ" bu mərhələdə son çempion "Qarabağ"la, "Səbail" isə bu gün keçiriləcək "Sabah" - "Qaradağ Lökbatan" görüşünün güclüsü ilə üz-üzə gələcək. 

23 noyabr (çərşənbə)

14:00. “Mingəçevir” – “Zirə” - 0:2 

Qol: Dimitrios Çantakias, 30, Rüstəm Əhmədzadə, 60Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər ƏhmədovYaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Kəpəz” – “Sumqayıt” - 1:0 

Qol: Mixeil Erqemlidze, 9Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran ƏliyevGəncə şəhər stadionu

17:00. “Sabah” – “Qaradağ Lökbatan”Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

“Bank Respublika Arena”

22 noyabr

“Qəbələ” – “Araz Naxçıvan” - 5:0 

MOİK – “Səbail” - 0:4

“Şamaxı” – “Turan Tovuz” - 0:1

1/4 final cütlükləri

“Qarabağ” - “Qəbələ”

"Zirə" - “Neftçi”

"Kəpəz" - "Turan Tovuz"

"Səbail" – "Sabah"/"Qaradağ Lökbatan" duelinin qalibi

0 comments
bottom of page