Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli olacaq


Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçiriləcək. Azərbaycan Kuboku, 1/4 final Cavab oyunu 12 fevral (şənbə) 16:00. “Sabah” – “Neftçi” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Seymur Səlimli “Bank Respublika Arena” Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Sabah" - "Neftçi" cütünün qalibi yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.

0 comments