Azərbaycan kubokunda son yarımfinalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçiriləcək.

90plus.az xəbər verir ki, ikinci matç günündə daha 2 yarımfinalçının adına aydınlıq gələcək.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Keşlə”ni qəbul edəcək. Tərəflər arasında ilk oyun "Keşlə"nin minimal hesablı qələbəsi ilə başa çatıb.

Mərhələnin sonuncu matçında isə “Neftçi” “Zirə”nin qonağı olacaq. İlk qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəlib.

Hər iki cütün güclüləri yarımfinalda bir-birləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları 7 fevral 14:30. “Kəpəz” – “Keşlə” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu Gəncə şəhər stadionu, (İlk oyun 0:1)

17:30. “Zirə” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov Zirə İdman Kompleksinin stadionu, (İlk oyun 1:0) 6 fevral “Qəbələ” – “Qarabağ” - 0:3 “Səbail” – “Sumqayıt” - 1:2

0 comments