top of page

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.


90plus.az - ın məlumatına görə, bununla da turnirin ilk finalçısı bəlli olacaq.


Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.


Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.


Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

26 aprel


20:00. "Neftçi" - "Turan Tovuz"

Baş hakim: Fərid Hacıyev

İlk oyun - 0:1

Bakı, "Bakcell Arena"


Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.



0 comments
bottom of page