Azərbaycan Kubokunun finalına hakim təyinatı bəllidir!


Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.

90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki,mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqasında son turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

24 may (bazar ertəsi)

19:30. Keşlə” – “Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bank Respublika Arena”.

0 comments